Haqqımızda
2007-ci ildən satış proqramı, texniki həllər və rəqəmsal xidmətlər üzərində işləyirik.
Biznesə yaxın komanda
RamSofter kollektivi 2007-ci ildən proqramlaşdırma, texniki dəstək və veb sayt xidmətləri göstərir. RAM proqramı 500-dən çox aptekdə və 20-dən çox depoda istifadə olunur.
Ehtiyacınıza uyğun satış-anbar proqramı hazırlanır, lazım olduqda mağaza və aptek texniki avadanlıqla təmin edilir. Quraşdırma və işçi təlimindən sonra müqaviləyə əsasən onlayn və yerində dəstək göstərilir.
Möhkəm təməl.
Stabillik, mühəndislik, inkişaf və sadəlik brendimizin əsas dəyərləridir.
Bir brend, ortaq yanaşma.
Proqram təminatı, texniki dəstək və veb sayt işlərində ehtiyacınızı anlayır, uyğun həlli qurur və gündəlik istifadədə yanınızda oluruq.
RAM-ın R nişanı
R işarəsi RamSofter loqosunun ilk hərfini təşkil edir və firuzəyi üçbucaqla tamamlanır. Eyni işarə RAM tətbiqinin interfeysində və tətbiq ikonunda ayrıca nişan kimi istifadə olunur.
Müştərilərimiz və işlədiyimiz markalar
Sizə uyğun həlli birlikdə seçək.
Qısa söhbətlə ehtiyacınızı müəyyənləşdirək.










