Wolt inteqrasiyası
RAM proqramını Wolt ilə əlaqələndirin. Onlayn satış və çatdırılma imkanları ilə yeni müştərilərə çatın, satışlarınızı artırın.
Mağaza, aptek, depo və anbar üçün barkodlu satış və idarəetmə həlli. Məhsul hərəkətini izləyin, əməliyyatları tamamlayın, nəticəyə baxın.
Məhsulları ad, kod və barkodla tapın. Seçilmiş anbarın qalığını və məhsulun qiymətlərini eyni cədvəldə görün.
Satış sənədində məhsulu, miqdarı, qiyməti və ümumi məbləği bir yerdə izləyin.
Satış sənədlərinə, çek və kassa vəziyyətinə, seçilmiş sənədin məhsullarına baxın.
Resept kodunu oxudun, preparatları və təyin olunmuş miqdarı nəzərdən keçirin, satış əməliyyatına keçin.
Preparatın tam adını, molekulunu, dozasını və qablaşdırmasını müqayisə edin. Seçilmiş preparatın əlavə məlumatları aşağıda göstərilir.
Alışdan satışa və anbarlararası hərəkətə qədər əsas əməliyyatlar bir menyuda toplanır.
Qalıq, borc, sənəd və qiymət dəyişikliklərinə aid hesabatları seçin.
Proqramın ayrıca utilitlər menyusunda yoxlama, hesablama və sazlama alətləri yer alır.
Əsas pəncərənin sol menyusu cədvəlləri, əməliyyatları, hesabatları və utilitləri bir araya gətirir.
RAM proqramını Wolt ilə əlaqələndirin. Onlayn satış və çatdırılma imkanları ilə yeni müştərilərə çatın, satışlarınızı artırın.
RAM proqramını Bolt ilə əlaqələndirin. Onlayn satış və çatdırılma imkanları ilə yeni müştərilərə çatın, satışlarınızı artırın.
Satış sənədinə məhsul əlavə edin, miqdar, qiymət və güzəşti izləyin. Satış ekranında POS terminal, kredit, bonus kartları və Token KASSA seçimləri var.
Ad, tərkib, kod və barkod üzrə axtarın. Seçilmiş anbarın qalığına, alış-satış qiymətinə, seriyaya, analoqlara və son istifadə müddətinə baxın.
İlkin mal qalığı və borcları daxil edin, mal alışını və inventarizasiyanı aparın. Anbarlararası hərəkət, malverənə qaytarma, silinmə, kassa və xərc əməliyyatları ayrıca menyudadır.
Resepti kodla oxuyun, preparat, molekul, miqdar və qəbul qaydasını görün. Preparatlar cədvəlində doza, qablaşdırma, istehsalçı və ölkə məlumatları yer alır.
Balans, qalıq, borc, sənəd reyestri və qiymət dəyişiklikləri üzrə hesabatlara baxın. Satış nəzarəti ekranında çek, kassa, POS və bonus ödənişlərini izləyin.
Qalıq və qiymət hesablanması, cədvəl yoxlaması və malların müddətinə dair hesabat alətləri var. Menyuda parollar, yeni aya keçid, ehtiyat arxiv və SETUP bölmələri də görünür.
RAM proqramı Azsmart, Omnitech, Sunmi və NBA kassa aparatları ilə işləyir; inteqrasiya yerində və ya onlayn qurula bilər.
Komanda proqramın quraşdırılması və işçilərin öyrədilməsində kömək edir. RAM proqramı qurulan bizneslər üçün ilk üç ay ödənişsiz dəstək təqdim edilir.
Həll biznesinizin ehtiyacına uyğun qurulur. Dəqiq funksiya, avadanlıq və dəstək şərtlərini komanda ilə dəqiqləşdirin.
Komanda proqramın quraşdırılması və işçilərin öyrədilməsində sizə kömək edir. Quraşdırmadan sonra dəstək şərtlərini birlikdə dəqiqləşdirək.
Bu təqdimatdakı tətbiq ekranlarında əvvəlki brend nişanı yeni R işarəsi ilə əvəz edilib. Eyni R işarəsi RamSofter loqosunun ilk hərfidir və tətbiq ikonu kimi də istifadə olunur.
RAM-ın e-resept moduluna dair təqdimata baxın. Daha sonra altı videodərsin hamısını RAM təlimlər səhifəsində izləyə bilərsiniz.
RAM təlimlər ↗Qısa söhbətlə ehtiyacınızı müəyyənləşdirək.